Köçkünlər üçün yeni qəsəbə salınır

Köçkünlər üçün yeni qəsəbə salınır
  11 Fevral 2014    Oxunub:1323
Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün daha bir qəsəbə inşa edilir.
AzVision.az-ın məlumatına görə, 320 evdən ibarət olacaq qəsəbənin inşası üçün 65 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədə 26 birotaqlı, 160 ikiotaqlı, 118 üçotaqlı, 16 dördotaqlı ev, həmçinin 360 şagird yerlik müasir tipli məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, həkim məntəqəsi və su anbarı tikiləcək.

Ərazidə yaşıllaşdırma işləri aparılacaq, 1,2 hektarda park salınacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaq.

Hazırda mənzillərdə və ictimai binalarda hörgü işləri görülür.
Qəsəbənin bu il istifadəyə verilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti