Rail Rzayevin qətlindən 5 il ötür
AzVision.az xəbər verir ki, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07:30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
`Rail Rzayevin qətlə yetirilməsi faktına görə dərhal Azərbaycan Respublikası CM-in 120.2.7, 29, 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb`.
Bu barədə jurnalistlərə baş prokuror Zakir Qaralov məlumat verib.
O bildirib ki, müxtəlif fərziyyələr ətrafında işin bütün halları üzrə çoxşaxəli və intensiv istintaq aparılmaqla, o cümlədən mürəkkəb kompleks ekspertizalar keçirilərək müvafiq rəylər alınıb və digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Hazırda cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: