Zəlimxan Yaqub yenidən Almaniyaya gedəcək

Zəlimxan Yaqub yenidən Almaniyaya gedəcək
  11 Fevral 2014    Oxunub:1177
Xalq şairi Zəlimxan Yaqub müayinə üçün Almaniyaya gedəcək. Bu barədə AzVision.az-a açıqlamasında xalq şairin həyat yoldaşı Sahibə Yaqub məlumat verib.

Onun sözlərinə görə, hazırda Z.Yaqubun vəziyyəti yaxşıdır: “Səhhəti qaydasındadır,hazırda da evdə yoxdur, dializə gedib. 2 aydan sonra müalicə üçün Almaniyaya gedəcək”.

Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb.

Nihadə


Teqlər:  





Xəbər lenti