KİVDF-dən jurnalistlər üçün yeni müsabiqə

KİVDF-dən jurnalistlər üçün yeni müsabiqə
  11 Fevral 2014    Oxunub:1145
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

1) Azad informasiya mühitində mətbuatın inkişaf tendensiyaları

2) Media azadlığı insan hüquqlarının qorunmasında başlıca amildir

3) Cəmiyyətin demokratik tərəqqisində KİV-in yeri və rolu

2.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

1) İkili standartlar - Qarabağ probleminin həllinə əsas maneə

2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri

3) Azərbaycan diplomatiyasının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi

3.Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

1) Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regionların inkişaf proqramları

2) Regionlarda qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri

3) Sosial infrastrukturun yaradılmasıregionlarda geniş vüsət alır


4.Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mə­də­­­niy­yətinin təbliği

1) Baharın müjdəçisi Novruz

2) Novruz Bayramı –ortaq mənəvi dəyəri kimi

3) Azərbaycan multikulturalizminəsas məkanlarından biridir

5.Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

1) Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti

2) Uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişaf istiqamətləri

3) Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir.

6.İctimai və dövlət maraqlarının qorunması

1) Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi

2) İctimai maraqlar milli-mənəvidəyərlərsistemində

3) Azərbaycançılıq ideologiyası və mənəvi dünyamız.

7.Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkə­ləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdi­ril­məsi

1) Azərbaycanın dövlət maraqları beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində

2) Cənubi Qafqazın tərəqqisinə böyük töhfələr verən ölkə - Azərbaycan

3) Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın rolu.

8.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

1) Novruz Bayramı dünya azərbaycanlılarını bir araya gətirən dəyərli ənənədir

2) Azərbaycanda diaspora və lobbiçilik quruculuğu

3) Xa­ric­də hər bir azər­bay­can­lı - Azər­bay­can da­şı­yı­cı­sı­dır

9.İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

1) İnformasiya və kommunikasiya ilinin gətirdiyi böyük uğurlar

2) Müasir texnologiyalar iqtisadi tərəqqiyə təkan verir

3) İnkişaf etmiş İKT ölkə iqtisadiyyatının lakomatividir.

10.Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

1) Azərbaycanın mədəni genefondunun inkişafında çoxmillətlilik amili

2) Din və dövlət münasibətləri milli maraqlar kontekstində

3) Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır.

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə yazıların qəbulu 11 fevral 2014-cü il tarixində başlayır , 11 mart 2014-cü il tarixdə başa çatır.

Müsabiqədə hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilib.2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Qaliblərin (istiqamətlər üzrə 30 nəfər) hər biri 1000 manat, 10 yazı müəllifinə isə 300 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Qaliblər Fondun xüsusi Diplom və Təşəkkürnamələri ilə təltif olunacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti