Marqvelaşviliyə görə Bakıda yollar bağlanacaq - SİYAHI

Marqvelaşviliyə görə Bakıda yollar bağlanacaq - SİYAHI
  12 Fevral 2014    Oxunub:1200
Bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobilllərin hərəkəti məhdudlaşdırılacaq.
AzVision.az-ın məlumatına görə, Bakı – “Heydər Əliyev adına Hava limanı” yolunda, “Heydər Əliyev”, “Azadlıq”, “Neftçilər”, “İnşaatçılar”, “Parlament”, “Hüseyn Cavid” və “Tbilisi” prospektlərində, Azneft meydanında, “Yusif Səfərov”, “Üzeyir Hacıbəyli”, akademik “Zərifə Əliyeva”, “Rəsul Rza”, “Niyazi”, “Teymur Elçin”, “Y.Lermontov”, “Vaqif”, “A.Bakıxanov”, “Koroğlu Rəhimov” küçələrində hərəkət məhdudlaşdırılacaq.

Yol Polisi sürücülərə alternativ yollardan və ya ictimai nəqliyyatdan istifadə etmək tövsiyə edir.


Teqlər:  





Xəbər lenti