NATO ekspertləri Bakıda

NATO ekspertləri Bakıda
  12 Fevral 2014    Oxunub:879
Bakıda NATO ekspertlərinin iştirakilə tədbir keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü davam edir.

Şimali Atlantika Alyansını təmsil edən hərbi mütəxəssislər təlimdə iştirak edəcək bölməmizin NATO standartlarına uyğun döyüş hazırlığına malik olması üçün Azərbaycan ordusunun tədbirə qatılmış zabitlərinə öz məsləhətlərini veriblər. Əvvəlcə ekspertlərin və Azərbaycan ordusu zabitlərinin brifinqləri dinlənilib, sonra isə iştirakçılar qruplara bölünərək tapşırıqların icrası ilə bağlı məsləhətləşmələr aparıblar.

Tədbir fevralın 13-də başa çatacaq.


Teqlər:





Xəbər lenti