Abutalıbov Müsavata 1 aya cavab verəcək - AÇIQLAMA
İcra nümayəndəsi bildirib ki, Müsavatın müraciətinə qanun çərçivəsində cavab veriləcək.
“Əvvəlcə daxil olan sənədlərə baxılır, sonra müvafiq şöbələrə göndərilir. Müraciətlərə baxılma müddəti qanunda 30 gün göstərilib. Yəni, 30 gündən gec olmayaraq quruma daxil olan müraciətə cavab verilməlidir. Əgər müraciətdə konkret vaxt müddəti göstərilibsə, onda göstərilən vaxt müddətində cavab verilir”.
Qeyd edək ki, Müsavat Partiyası ötən gün qurultay üçün yer ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlauyıb. Müraciətdə partiyanın mayın 24-də keçirilməsi planlaşdırılan qurultayı üçün 800-1000 nəfərlik müvafiq zal ayrılsın.
Fatimə Kərimli