Ağadadaş Ağayev videosunu yayanları məhkəməyə verir
Müğənninin sözlərinə görə, videonun kimlər tərəfindən yayılması artıq ona bəllidir:
“Hazırda İstanbuldayam. Azərbaycana gələn kimi, həmin videonu yayan şəxsləri hüquq-mühafizə orqanlarına şikayət edəcəm. O insan cəzasını alacaq. Mən Ağadadaşam. Təkrar tora düşəcəklər”.
Müğənni videonu yayımlayan `Qafqazinfo.az` portalının rəhbərliyini də qınamayıb və bildirib ki, bu onların işidir:
“Elbrus Ərud öz işinə hörmətlə yanaşan insandır. Ancaq, o videonu yayan pisniyyətli insanlar hüquqi cəhətdən mənə cavab verməyə məcbur olacaqlar”.
Mirvari Nəcəf