Ötən il 72 intihar faktı qeydə alınıb - rəsmi AÇIQLAMA

Ötən il 72 intihar faktı qeydə alınıb - rəsmi AÇIQLAMA
  12 Fevral 2014    Oxunub:1840
2013-cü ildə Azərbaycanda yeniyetmə və gənclər arasında 72 intihar faktı qeydə alınıb.
Bu barədə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramının icrası üzrə Koordinasiya Şurasının ötən günki iclasında məlumat verilib.

AzVision.az-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə rəisi Elgün Səfərov bildirib ki, bu gün xüsusən gənclər və uşaqlar arasında intiharla bağlı problemlər getdikcə daha böyük aktuallıq və önəm kəsb etməyə başlayır.

“Əgər biz intiharların əsas səbəblərinə baxsaq, görərik ki, 2011-ci ildə 58, 2012-ci ildə 60, 2013-cü ildə 72 intihar faktı qeydə alınıb. Təəssüf ki, uşaqlar arasında intihar halları artır”.

Onun sözlərinə görə, intihar səbəbləri çox çətin və müxtəlifdir. Onların qarşısını almaq üçün internet resursları üzərində nəzarəti gücləndirmək, uşaqlara qarşı zorakılıq faktları ilə mübarizə aparmaq, gənclərlə maarifləndirmə işləri aparmaq, Azərbaycan hökuməti yanında dövlət təşkilatları və QHT-lərlə birgə xüsusi kompaniyalar həyata keçirən işçi qruplar yaratmaq lazımıdır.

“Qeyd etmək lazımıdır ki, özünə qəsdə daha çox 17-19 yaşlı gənclər meyllidir. İntihar səbəbləri ilk növbədə internet resursların, sosial şəbəkələrin təsiri, ikincisi gəncləri öz sıralarına cəlb etmək istəyən sektalar, üçüncüsü isə ailədə, cəmiyyətdə, təhsil müəssisələrinə mövcud olan konflikt və zorakılıqlardır”-deyə o bildirib.

“Belə faktların qarşısını almaq üçün təkliflər hazırlanmalıdır. Sosial öhdəliyi yerli icra orqanları, daha doğrusu yeniyetmələrlə bağlı xüsusi komissiyalar həyata keçirməlidir.
Təəssüf ki, işçi çatışmazlığı səbəbindən işlər istədiyimiz səviyyədə aparılmır. Misal üçün, bu gün 10 min-50 min uşağa 5-6 işçimiz yardım göstərir. Ümid edirəm ki, tezliklə bu problem həll olunacaq”-deyə Elgün Səfərov fikirlərini yekunlaşdırıb.

Balifa Baxşıyeva


Teqlər:  





Xəbər lenti