Məhkumlardan mobil telefon tapıldı

Məhkumlardan mobil telefon tapıldı
  12 Fevral 2014    Oxunub:1192
Məhkumların mobil telefonları döşəmədə gizlətməsi cəhdi baş tutmayıb.
Penitensiar xidmətdən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Rauf Nuhbala oğlu Cəfərovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın hava borusunda gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.1

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1; 177.3.2; 181.3.1; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Kənan Pərviz oğlu Müqəddəminin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ramil Nizami oğlu Qafarovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti