ANS-dən bölgə büroları ilə bağlı AÇIQLAMA
Onun sözlərinə görə, bəzi bölgələr bir-biri ilə çox yaxındır: "Avtomobillə 1-2 saatlıq yoldur. Məsələn, Lənkəranla Cəlilabadın arası çox azdır.
Elə rayonlar var ki, oradan uzun müddət heç bir xəbər gəlmir. Onun qalmasının heç bir mənası yoxdur".
Mais Məmmədovun sözlərinə görə, ANS-in Qarabağ, Lənkəran, Quba, Şəki kimi şəhərlərdə bölgə müxbirləri var.
"Bizim Amerika, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan kimi ölkələrdə bürolarımız var. Gələcəkdə Avropanın bir neçə ölkəsində də büroların sayını artırmaq niyyətindəyik", - deyə Mais Məmmədov bildirib.