Prezident İlham Əliyev başsağlığı verdi
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı məktubunda Əlcəzairdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən sarsıldığını yazıb.
“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.