Azərbaycan ilə ATƏT münasibətləri müzakirə olundu

Azərbaycan ilə ATƏT münasibətləri müzakirə olundu
  13 Fevral 2014    Oxunub:1329
Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ATƏT Parlament Assambleyasının növbəti qış sessiyasında iştirak etmək üçün Vyanada səfərdə olan Milli Məclis sədrinin müavini, Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova fevralın 12-də qurumun baş katibi Spenser Oliver ilə görüşüb.

Görüşdə bu il iyunun 28-dən iyulun 2-dək ATƏT Parlament Assembleyasının Bakıda keçiriləcək illik yay sessiyasına hazırlıq işləri və hazırkı qış sessiyasında gündəlik üzrə plenar və komitə iclaslarında müzakirəyə çıxarılacaq məsələlər müzakirə olunub.

Söhbət zamanı, həmçinin ATƏT və onun qurumları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyi vurğulanmış, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avstriyadakı səfiri və ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov və Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov görüşdə iştirak ediblər.


Teqlər:





Xəbər lenti