Marqvelaşvili Fəxri Xiyabanda - FOTO+VİDEO

Marqvelaşvili Fəxri Xiyabanda - FOTO+VİDEO
  13 Fevral 2014    Oxunub:1035
Azərbaycanda iki günlük rəsmi səfərdə olan Gürcüstan prezidenri Georgi Marqvelaşvili bu gün Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib.
AzVision.az-ın məlumatına görə, gürcü lideri Fəxri xiyabanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

Prezident Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstəsi düzüb

Daha sonra G.Marqvelaşvili Şəhidlər Xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident Mixeil Saakaşvili "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.



Sevinc


Teqlər:





Xəbər lenti