Prezident Marqvelaşvilinin şərəfinə ziyafət verdi - FOTOLAR+VİDEO

Prezident Marqvelaşvilinin şərəfinə ziyafət verdi - FOTOLAR+VİDEO
  13 Fevral 2014    Oxunub:1143
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilib.
AzVision.az-ın məlumatına görə, mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, millət vəkilləri Səməd Seyidov, Qənirə Paşayeva və digər rəsmi şəxslər iştirak edib.

Ziyafətdə çıxış edən dövlət başçıları iki ölkənin dost və qardaş olduğunu bildiriblər.

Həmçinin ali qonaq ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.



Sevinc İltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti