Mikayıl Cabbarov: `SABAH`da savadlı tələbələr olacaq“

Mikayıl Cabbarov: `SABAH`da savadlı tələbələr olacaq“
  13 Fevral 2014    Oxunub:1143
Bu gün Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov “SABAH” qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib:

““SABAH” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək. Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı strategiyası”na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur”.

Nazir vurğulayıb ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur:
“Gənclərin intellektual və yaradılıcılıq potensialının inkişafı, onların elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həhyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssilərində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması əsas vəzifələrdəndir”.

Təbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir, “SABAH” qruplarının ali təhsil müəssiələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrin formalaşdırdığını bildirib:
“Elmi-pedoqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazasını yüksək olan ali məktəblərdə “SABAH”qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur. “SABAH” qruplarına tələbələrin seçilməsi onların fəaliyyətinin müxtəlif aspektlərini nəzərə alan metodikaya uyğun aparılır”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti