Nazir təqaüd probleminə aydınlıq gətirdi

Nazir təqaüd probleminə aydınlıq gətirdi
  13 Fevral 2014    Oxunub:1009
“Təqaüdlərin verilməsi və onların həcmi Nazirlər Kabineti tərəfindən müvafiq qərarla müəyyənləşdirilib”.

AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov xaricdə dövlət xətti ilə təhsil alan tələbələrin təqaüdlərinin rübdə 1 dəfə verildiyi üçün onlar arasında yaranan narazılığa və həmin tələbələrin təqaüdlərinin artırılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, təqaüdlərin vaxtlı-vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən xüsusi addımlar atılıb:

“Bu prosesləri izləyirik şikayətlərin sayının azalmasını kəskin şəkildə müşahidə edirik. Təhsil Nazirliyinə kimin şikayəti varsa, nazirliyin nəzdində yaradılmış Qaynar xəttin işçi qrupuna müraciət edə bilərlər. Təqaüdlərin həcminin artırılmasına da toxunan nazir bildirib ki, bu müvafiq qaydalar çərçivəsində həyata keçirilən prosesdir”.

M.Cabbarov çıxışında həmçinin bölgələrdə çalışan müəllimlərə ediləcək güzəştlərdən danışıb.

“Hazırda Azərbaycan qanunvericiliyi regionlarda çalışan müəllimlər üçün belə bir güzəştləri nəzərdə tutub. Ümumilikdə, nazirlik bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını, eyni zamanda fənn müəllimlərinin hazırlığı prosesində praktiki təcrübənin və bu təcrübəyə kifayət qədər yer ayrılmadığını tanıyaraq, gələcəkdə müəllim ixtisasları üzrə hazırlanan tələbələrin məcburi şəkildə məktəblərdə təcrübə keçməsini təqdim edəcək”.-deyə M. Cabbarov əlavə edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti