Sabiq nazir müavininə vəzifə verildi

Sabiq nazir müavininə vəzifə verildi
  13 Fevral 2014    Oxunub:2163
YAP-ın Humanitar məsələlər komissiyasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda çıxış edən komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov iclasın gündəliyi haqqında məlumat verib.

İclasda ilk olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini seçilib.

Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə olunub.

Y.Hümbətov bildirib ki, iş planında Xocalı və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər keçirəcək.

Müzakirələr zamanı komissiyanın üzvləri 2014-cü ilin iş planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda komissiyanın iş planı qəbul olunub.

Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP Siyasi Şurasının üzvləri-Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatlarından Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov eləcə də, professor Həsən Mirzəyev və İradə Hüseynova daxildir.

Xatırladaq ki, YAP-ın Humanitar məsələlər komissiyasının yeni sədr müavini İradə Hüseynova bundan öncə təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti