FHN 3 nəfəri xilas edib

FHN 3 nəfəri xilas edib
  14 Fevral 2014    Oxunub:887
Xızıda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda “Niva” markalı minik avtomobil yolun buzlu olması səbəbindən köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ”Niva” markalı minik avtomobilinin sürücüsünü və iki sərnişinin təhlükəsiz əraziyə çıxmalarını təmin ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti