Novruz Məmmədovdan Qərbə Qarabağ etirazı

Novruz Məmmədovdan Qərbə Qarabağ etirazı
  14 Fevral 2014    Oxunub:882
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qarabağ münaqişəsinin həllində sərgilədiyi münasibətə görə bəzi dövlər başçılarına etirazını bildirib.

AzVision.az-ın məlumatına görə, N.Məmmədov özünün tvitter səhifəsində bildirib ki, bəzi ölkə rəhbərləri və rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı hərdən elə bəyanat verirlər ki, sanki BMT TŞ qətnamələrindən xəbərsizdirlər.

PA rəsmisi bundan əlavə ötən gün Qərb ölkələrini başqa sivilizasiya və mədəniyyətləri nəzərə almamaqda qınayıb. Bildirib ki, Qərbin böyük səhvi bir də odur ki, başqa sivilizasiya və mədəniyyətləri nəzərə almır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti