Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır |
Təhsil Nazirliyi digər dövlət orqanlarından fərqli olaraq hər gün məktəblərdə apardığı yoxlamalarla bağlı mütəmadi məlumat verir. Yəni neçə şagirddə istilik olub, nə qədər müəllim və ya texniki işçilərin məktəbə buraxılması məhdudlaşdırılıb.
Bu, çox yaxşı haldır. Bu, o deməkdir ki, potensial yoluxmuş şəxs marketdə, ictimai nəqliyyatda bizimlə birgə hərəkət edir. Amma Təhsil Nazirliyi nə edir? O şəxsləri müəyyən edir və onlar cəmiyyətdən izolyasiya edilir. Əlbəttə ki, bu yoluxma halları məktəbdə baş verməyib. Dediyim kimi, məktəb cəmi 3 güdür başlayıb və 1 fevralda məktəbə gələn şagird ilk dəfə məktəbə ayaq qoyur. Belə hallar olacaq və bundan narahat olmaq lazım deyil. Yəni şagirdlərin məktəbdə yoluxması böyük ehtimalla baş vermir və verməyəcək. Onlar məktəbə gələnə qədər evdə, küçədə, ictimai nəqliyyatda yoluxa bilərlər, amma Təhsil Nazirliyinin məktəbdə apardığı ciddi yoxlama və nəzarət sistemi onların məktəbə daxil olmasına imkan vermir".
K.Əsədov, həmçinin bildirib ki, təhsil müəssisələrinin açılması təhlükəli deyil, əksinə, simptomları olan şəxslər müəyyən edilib, cəmiyyətdən kənarlaşdırılır: "Bu da xəstəliyin yayılmasının qarşısını ala bilər. Sadəcə olaraq, qısa müddətdə metro açılmalıdır. Çünki ictimai nəqliyyatda böyük sıxlıq var. Əgər metro açılsa, istər şəhərdə tıxac azalar, istər də ictimai nəqliyyatda insanlar bir-birinə koronadan da yaxın olmazlar".
Aytən Zəhra
Azvision.az