ABŞ-da metroya hücum edilib: Ölən və yaralılar var

ABŞ-da metroya hücum edilib:  Ölən və yaralılar var
  14 Fevral 2021    Oxunub:2025
ABŞ-da Nyu-York metrosuna silahlı hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə və şənbə günləri Nyu-York metrosunda azı dörd nəfər naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Bütün hücumlar eyni metro xəttində baş verib. Yaralılardan ikisi yerindəcə keçinib.

Nyu-York polisi şübhəli şəxsin axtarışına başlandığını bildirib. Müşahidə kameralarına baxış keçirilib və metroda patrul xidməti aparmaq üçün əlavə 500 polis əməkdaşı göndərilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Metro   Nyu-York  





Xəbər lenti