Xaçaturovun vəziyyəti kəskin pisləşdi, məhkəmə təxirə salındı

 Xaçaturovun vəziyyəti kəskin pisləşdi,  məhkəmə təxirə salındı
  16 Fevral 2021    Oxunub:3115
Ermənistanın keçmiş prezident Robert Koçaryan və digərlərinin işi üzrə məhkəmə iclası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi, Ermənistan Baş qərargahının keçmiş rəhbəri Yuri Xaçaturovun vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.

İclas zamanı təcili yardım çağrılıb, keçmiş Baş qərargah rəisinin vəziyyətini nəzərə alaraq, hakim Anna Danibekyan iclası 23 fevrala qədər təxirə salmağa qərar verib.

Qeyd edək ki, İrəvan birinci instansiya məhkəməsi ötən həftə keçirilən iclasda 1 mart hadisəsində ittiham olunan keçmiş KTMT-nin baş katibi ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsini rədd edib.

Xatırladaq ki, Xaçaturovla yanaşı, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, baş nazirin keçmiş müavini Armen Qevorkyan və sabiq müdafiə naziri Seyran Ohanyan 1-2 mart 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə günahlandırılırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xaçavurov   General  





Xəbər lenti