Ərdoğan Qərbi ittiham etdi: “Niyə səsiniz çıxmadı?”

 Ərdoğan Qərbi ittiham etdi:  “Niyə səsiniz çıxmadı?”
  16 Fevral 2021    Oxunub:2484
Bir neçə gündür ki, ürəyimiz şəhidlərimizin ağrısı ilə göynəyir. Silahsız insanları amansızca qətlə yetirəcək qədər alçalan terror təşkilatı ilə mübarizə aparırıq.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, bu hadisə PKK terror təşkilatı və onlarla işbirliyində olan hər kəsin əsl üzünü bir daha göstərdi.
Ərdoğan Qərb ölkələrinin 13 günahsız insanın qətlinə səssiz qaldığını söyləyib: "Qərb hardasan, niyə səsin çıxmır, niyə susdun? Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Terrorçulara bu ölkədə fürsət verməyəcəyik. İndiyə qədər olduğu kimi, bundan sonra da buralar terrorçulara məzar olacaq".

Qeyd edək ki, PKK terror təşkilatı tərəfindən Türkiyənin 13 dinc sakini qətlə yetirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti