“Paşinyan 2006-cı ildə “verbovka” edilib” - Semyon Baqdasarov

 “Paşinyan 2006-cı ildə “verbovka” edilib” -  Semyon Baqdasarov
  19 Fevral 2021    Oxunub:2675
"Ermənistanın baş naziri Nikol Paşinyan 2006-cı ildə İngiltərə kəşfiyyatı tərəfindən "verbovka" edilib".
Azvision.az xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov deyib.

O, Ermənistan rəhbəri haqqında xoşagəlməz ifadələr işlədərək Paşinyanın guya türk agenti olduğunu söyləyib.

Baqdasarov, həmçinin ikinci Qarabağ müharibəsi dövründə yaşanan bəzi hadisələrdən söz açaraq deyib ki, baş nazirin həyat yoldaşı Anna Akopyan sərxoş halda komanda mərkəzinə gəlirmiş. Akopyan hətta içkili vəziyyətdə bəzi generalların işdən azad edilməsi əmrini verib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Agent   Akopyan  





Xəbər lenti