Saatlıda yanğın olub, 1 nəfər xəsarət alıb

Saatlıda  yanğın olub,    1 nəfər xəsarət alıb
  29 Mart 2021    Oxunub:1618
Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Saatlı   Yanğın   Ev  





Xəbər lenti