İki nəfərdən sənədi olmayan silahlar götürülüb

İki nəfərdən sənədi olmayan silahlar götürülüb
  15 Aprel 2021    Oxunub:4476
Saatlı və Hacıqabul rayon sakinlərindən silah götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəylik kənd sakini A.Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-58” və “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Eyni zamanda Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş B.Haqverdiyevdən müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti