“Tarixi təhrif etmək erməni ekstremistləri həvəsləndirir” - Fəxrəddin Altun

 “Tarixi təhrif etmək erməni ekstremistləri həvəsləndirir” -  Fəxrəddin Altun
  27 Aprel 2021    Oxunub:3916
Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini həvəsləndirir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

O deyib ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulunu qətlə yetirən erməni terrorçu Hampig Sasunyan ötən ay sərbəst buraxılıb.

"Qatillərin cəzasız qalmasının yeni nəsil ekstremizm tərəfdarlarını cəsarətləndirməyə xidmət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdik”, - deyən Altun ABŞ-da bir qrup radikal erməninin Azərbaycan bayrağı bürünmüş manekeni “edam etməsi”nə də münasibət bildirib.

Onun sözlərinə görə, tarixi təhrif etmək ABŞ-da azərbaycanlıları təhdid edən erməni radikalları daha da cəsarətləndirir.

"Baş verənlərdən narahatıq, bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bəyan edir, ABŞ-ın səlahiyyətlilərini məsələ ilə bağlı lazım olanı etməyə çağırırıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: FəxrəddinAltun  





Xəbər lenti