`Azərbaycanlıların əsas problemi dövlət dilini bilməmələridir`-MÜSAHİBƏ

`Azərbaycanlıların əsas problemi dövlət dilini bilməmələridir`-MÜSAHİBƏ
  04 Mart 2014    Oxunub:1215
AzVision.az saytının müsahibi “Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyi”nin Kvemo- Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallıdır.

-Zaur bəy, nazirliyin funkisya və vəzifələri barədə məlumat verərdiniz...

- Birinci barışıq sözündən irəli gələrək Cənubi Osetiya və Abxaziya ilə bağlı işlər görülür. O ərazidə yaşayan osetinlərin və abxazların gürcü cəmiyyətinə reinteqrasiya olunması və s . Yəni həmin ərazidə barışıqn təmin olunması. İkincisi isə vətəndaş bərabərliyi məsələsidir. Gürcüstanda yaşayan milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası olunması və özünü tam hüquqlu vətəndaş hiss etməsinə nail olmaqdır. Bizm nazirlik Gürcüstanda yaşayan milli azlıqların gürcü cəmiyyətinə inteqrasiya olunması üçün proqramlar və dövlət siyasəti vəhdət təşkil edir. Milli azlıqlarla bağlı bir çox məsələlər bizim nazirlik tərfindən icra olunur. Nazirliyimiz tərəfindən vətəndaş inteqrasiyası konsepsiyası hazırlanır. Bu konsepsiya 2009-2014- cü illəri əhatə edib. Məhz bu konsepsiya çərçivəsində milli azlıqların cəmiyyətə inteqrasiyası yolunda bir çox işlər görülüb. Artıq 2014- cü il üçün yeni konsepsiya üzərində çalışırıq. 2014-cü il üçün yeni vətəndaş inteqrasiyası konsepsiyası hazırlanır. Gələcəkdə görəcəyimiz işlər bu konsepsiyaya əsaslanır. 2009-2014-cü illərdə həyata keçirdiyimiz konsepsiya 4 istiqamətdə aparılırdı. Birincisi təhsil ,ikinci vətəndaşların maarifləndirilməsi, üçüncü qanunvericilikdə milli azlıqların inteqrasiyasına şərait yaradan qərarların verilməsinə, 4-cü istiqamət isə seçkilərlə bağlıdır. Seçki deyəndə milli azlıqların Gürcüstandakı seçki prosesindəki iştirakı ilə bağlıdır. Ən ciddi və ən əsas işlər təhsil sahəsində görülür. 2010 –cü ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən “4+1 “proqramı icra olunmağa başladı ki, bu proqram əsasında bir sıra milli azlıqlar, o cümlədən azərbaycanlıların gürcüstan universitetlərində təhsil alması təmin olundu. Bu azərbaycanlı tələbələr üçün ayrılan kvotalar sayəsində gənclərimizin Azərbaycana və qonşu ölkələrə axını dayandırıldı.

– Bu proqram necə həyat keçirilirdi?

– Yerli azərbaycanlı gənclər ümumi bilik üzrə öz ana dilində imtahan verirdilər və baryeri keçərək gürcü ali təhsil müəssisələrində bir illik intensiv gürcü dili təhsil almaq hüququ qazanırlar. Bir il təhsil aldıqdan sonra birinci kursdan başlayaraq həmin universitetlərdə təhsillərini davam etdirirlər. Bundan başqa sırf Gürcüstan Təhsil Nazirliyinin xətti ilə 100 azərbaycanlı dövlət qrantı əldə ediblər. Bu il də imtahanlardan ən yaxşı bal toplayan 100 azərabyacanlı dövlət qrantı ilə təmin olunacaq. Bütün bu prosesləri kordinasiya edən bizim nazirlikdir. Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya olunmasına ən böyük maneə gürcü dilini bilməmələridir . Bu yöndə də ciddi layihələr həyata keçirilib. Bununla bağlı iki layihə var. Bütün kənd yerlərində müəllimlər xüsusi proqram çərçivəsində gürcü dili dərsləri keçirlər. İkinci proqram magistraturada oxuyan gürcü dili müəllimlərinin məktəblərdə dərs demələrinə şərait yaratmaqdan ibarətdir. Bu proses həm inteqrasiyanı əks etdirir, həm də dili öyrənməyə zəmin yaradır. Proqramın həyata keçirildiyi 3-4 il ərzində böyük irəliləyiş müşahidə olunur. Yeni nəsil gürcü dilini yüksək bilir. Bununla da tam başqa bir vəziyyət ortaya çıxır. Orta və yaşlı nəsil dili bilmirsə gənc nəsil bu dilə yiyələnir. Azərbaycanlılar bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarında həmişə olduğu kimi təmsil olunurlar mərkəzi hakimiytdə, parlamentdə təmsil olunullar. Bu göstərici ildən ilə artacaq. Gürcüstan hakimiyyəti milli azlıqlarla bağlı siyasətində kvota ilə hərəkət etmir. Çünki kiməsə sırf milliyyətinə görə vəzifə verilməsi onun səlahiyyətlərini icra etməsi ilə bağlı ziddiyət təşkil edə bilir, hər kəsə bacarığına görə giymət verilməlidir. Sevindirici haldır ki, müasir yeni nəsil gürcü dilini bilir və ətraflarını genişlədirirlər. Bu onları gələcəkdə yerli və mərkəzi hakimiyyət orqanlarında, QHT sektorunda biznes strukturnda irəliləməsinə şərait yaradacaq.

- Siz azərbaycanlıların əsas problemi kimi nəyi əsas görürsünüz?

-Mən əsas problemin qaynaq kökü kimi dövlət dilini bilməmləridir. Çünki məlumatlı olmaq, müəyyən proseslərə qatılmaq üçün mütləq vacibdir, dili bilmək. Ancaq ildən ilə problemin göstəricisi dəyişir. Son illər beynəlxalq təşkilatların , nazirliyimizin , QHT-nin sayəsində dövlət dilini bilənlərin sayı artır. Gürcü gəncləri ilə ortaq layihələrə başlayırlar və bu onların cəmiyyətə inteqrasiya olunmalarına şərait yardır. Gələcəkdə daha da yaxşı olacaq. Bəzi insanlar bölgədəki işsizliyi etnikləşdirilər . Yəni işsizliyin sırf azərbaycanlılarla bağlı olduğunu deyirlər. Amma elə problemlər var ki, o bütün gürcüstan ərazisni əhatə edir. Kənt təsərrüfatı , işsizlik Gürcüstanın ümumi problemidir. Bunun hər hansıa bir icmaya qarşı yönəltmək düzgün olmazdı.

–Ümumlikdə Gürcüstandan soydaşlarımızın imiqrasiyası ilə bağlı hansı tədbirlər həyata keçirilir nazirliyiniz tərəfindən ?

– Ümumiyyətlə, də miqrasiya prosesləri bütün Gürcüstan ərazisində gedir. Bunu işsizlik kimi hər hansısa icmaya qarşı yönəltmək doğru olmazdı. İşsizlik və miqrasiya problemlerini Gürcüstan iqtisadiyyatının dirçəlməsi hesabına həyata keçirmək olar. İşsizlik və miqrasiya problemlərinə hökumət kompleks şəkildə yanaşır, və Gürcüstan inkişaf edən ölkəyə çevriləcək. Bu gün AB və Nato ilə inteqrasiyada Gürcüstanın çox ciddi irəliləyişləri var. Ümumi Gürcüstan iqtisadiyyatında pozitiv meyillər var.

– Sizin gürcü dilinin öyrədilməsi barədə danışdınız, bəs Azərbaycan dilinin öyrədilməsi necə həyata keçirilir təhsil sahəsində?

-Gürcüstanda gürcü dilinin öyrədilmədisi Azərbaycan dilinin unudulması üzərində qurulmayıb. Gürcüstanda milli azlıqların öz dilini , mədəniyyətini qoruması üçün şərait yardılıb. Gürcü dilinin öyrədilməsi ilk növbədə yerli milli azlıqların gürcü cəmiyyətində tamhüquqlu iştirakını təmin etmək üçün yaradılıb. Bu inteqrasiya prosesidir , asmiliyasiya prosesi deyil. Çünki Gürcüstanda bu gün Azərbaycan məktəbləri , mədəniyyət evləri də var.

Şahanə Rəhimli
Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti