İndiyədək peyvənd olunanların sayı açıqlandı

   İndiyədək peyvənd olunanların sayı açıqlandı
  04 May 2021    Oxunub:2599
Mayın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 min 286 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4702, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14584 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 536 min 328-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 980 min 5, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 556 min 323 nəfərdir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti