Bərdə bazarında yanğın - YENİLƏNİB (VİDEO)

 Bərdə bazarında yanğın -  YENİLƏNİB (VİDEO)
  26 May 2021    Oxunub:1625
Xəbər verildiyi kimi, 26 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.



Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

***
09:01


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.







Azvision.az


Teqlər: Bərdə   Yanğın  





Xəbər lenti