Gündəlik yoluxuma sayı 32-yə düşdü

Gündəlik yoluxuma sayı 32-yə düşdü
  07 İyun 2021    Oxunub:1515
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib. Aktiv xəstə sayı 2688 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə 3 572 418 test icra olunub.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti