Paşinyan erməni məmurları “Troya atı”na bənzətdi

   Paşinyan erməni məmurları “Troya atı”na bənzətdi
  08 İyun 2021    Oxunub:2186
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlament seçkilərində qələbə qazanacağı təqdirdə kadr islahatları aparacağını vəd edib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, təmizləmələr əvvəlcə dövlət qurumlarında “Troya atı” hesab etdiyi şəxslərə qarşı başladılacaq.

Paşinyan "soyqırımı"ndan danışdı: "Yalan vədlərin qurbanı olduq"
“2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub “Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün “Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”, - deyə Paşinyan Araqatsot vilayətində sakinlərlə görüş zamanı bildirib.

O, həmçinin vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı “siyasi vendetta” vəd edib: “Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti