Laçında saxlanılan erməni ölkəsinə təhvil verildi - RƏSMİ

 Laçında saxlanılan erməni ölkəsinə təhvil verildi -  RƏSMİ
  08 İyun 2021    Oxunub:1652
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Artur Kartanyanın yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

"Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik", - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Laçın  





Xəbər lenti