Bir ayda Azərbaycandan Türkiyəyə 19 minə yaxın turist gedib

   Bir ayda Azərbaycandan Türkiyəyə 19 minə yaxın turist gedib
  26 İyun 2021    Oxunub:790
2021-ci ilin may ayında Türkiyəyə 18 819 Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir. Ötən ay Türkiyə səfər edən əcnəbilərin sayında azərbaycanlıların payı 2,01 faiz təşkil edib.

Hesabatda qeyd edilib ki, cari ilin yanvar-may aylarında 91609 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,46 faiz azdır.

Yanvar-may aylarında Türkiyəyə gələn əcnəbilərin ümumi sayındakı Azərbaycan vətəndaşlarının payı 2,49 faiz təşkil edib.

Azvision.az



Teqlər: Türkiyə   Turist  





Xəbər lenti