"Dişsiz" diplomatiyanın agent rəhbəri: Ermənilər Mirzoyanı niyə söyür?

      "Dişsiz" diplomatiyanın agent rəhbəri:   Ermənilər Mirzoyanı niyə söyür?
  20 Avqust 2021    Oxunub:1523
Uzun müddət başsız qalan Ermənistan Xarici İşlər Nazirliyinin uğursuz fəaliyyəti ölkədə ciddi narazılıq yaradıb. Erməni cəmiyyəti diplomatiyanın "dişsiz"liyindən gileylənir, müharibədə məğlub olan bir ölkədə XİN rəhbərinin olmamasını tragikomik bir durum kimi qiymətləndirirdilər.
Azvision.az xəbər verir ki, dünən XİN-in Ararat Mirzoyana tapşırılması isə bu narazılıqları birə-beş artırıb. Hətta sosial mediada bir sıra siyasətçilər, ziyalılar qeyri-peşəkar birinin diplomatiyaya daşınmasını təhqir və söyüşlərlə qarşılayıblar.

Məsələn, politoloq Robert Marqaryan son uğursuz islahatları yerli mediaya şərh edərkən deyib ki, ölkə diplomatiyasını əlində saxlayacaq yeni fiqur ən uğursuz seçim sayılır. Çünki Mirzoyan ölkə tarixində yeganə nazirdir ki, nə hazırkı işi ilə bağlı peşə təhsili var, nə də diplomatik təcrübəsi . Onun sözlərinə görə, erməni diplomatiyasının 30 illik tarixi və təcrübəsi sıfırlanır.

İrəvanda aksiya: Valideynlər Xankəndidə itən əsgərləri axtarırlar
"1991-ci ildə Ermənistanın müstəqillik əldə etməsindən 2021-ci il avqustun 19-dək xarici işlər naziri vəzifəsində 9 "diplomat" çalışıb. Bunlar Aşot Yegiazaryan (1991), Raffi Ovanisyan (1991-1992), Arman Kirakosyan (1992-1993), Vahan Papazyan (1993-1996), Aleksandr Arzumanyan (1996-1998), Vardan Oskanyan (1998-2008), Edvard Nalbandyan (2008-2018), Zohrab Mnatsakanyan (2018-2020) və Ara Ayvazyan (2020-2021) olub.
Aleksandr Arzumanyan, Arman Kirakosyan və Vahan Papazyan istisna olmaqla, digər nazirlərin hamısı beynəlxalq münasibətlər, politologiya və ya diplomatiya sahəsində ali təhsil alıblar . Eks-nazirlər bu vəzifəyə təyin olunmazdan əvvəl Ermənistanın ayrı-ayrı ölkələrdə və ya BMT, beynəlxalq təşkilatlarda səfiri, ən azından səlahiyyətli nümayəndəsi vəzifələrini tutublar.

Avqustun 19-da xarici işlər naziri təyin olunan Ararat Mirzoyan isə Ermənistan tarixinin son 30 ilində nə peşə təhsili, nə də diplomatik təcrübəsi olmayan yeganə xarici işlər naziri oldu. Bu elə bir zamanda baş verir ki, Ermənistan hakimiyyəti ölkə maraqlarına zidd olan sülh müqaviləsi üzərində danışıqlar aparır. Xatırladım ki, Ararat Mirzoyanın sələfi "nazirlik dövlətçiliyimizə, milli-dövlət maraqlarımıza zidd olan hər hansı bir addım atmayacaq" deyirdi",-politoloq bildirib.

Qeyd edək ki, Ararat Mirzoyan erməni cəmiyyətində xarici xüsusi xidmət orqanlarına işləyən agent kimi ad çıxarıb. "Omeqa" ləqəbli agentin guya Türkiyə kəşfiyyatına işləməsi iddia olunur. Bir müddət öncə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Mirzoyanın 2007-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən işə götürüldüyünü və Türkiyə xüsusi xidmət orqanlarının agenti olduğunu iddia edib.

Mirzoyan həm də 2020-ci ilin noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra etirazçılar tərəfindən ailəsinin gözü önündə ölümcül döyülməsi ilə də yadda qalıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Diplomatiya   Agent   XİN  





Xəbər lenti