Sinqapur Əfqanıstanla bağlı ABŞ-a kömək təklif etdi

Sinqapur Əfqanıstanla bağlı ABŞ-a kömək təklif etdi
  23 Avqust 2021    Oxunub:1007
Sinqapur ABŞ -a Əfqanıstandan qaçqınların çıxarılması üçün ölkənin hava qüvvələri təyyarələrindən istifadə etməyi təklif edib.
Azvision.az xəbər verir ki, bunu Sinqapurun Baş nazir Li Syan Lun ABŞ -ın vitse -prezidenti Kamala Harrislə birgə mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Sinqapur beynəlxalq antiterror əməliyyatlarında iştirak edir:
“Vitse -prezident Harrislə bugünkü görüşdə Əfqanıstandan qaçqınların çıxarılması üçün ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadə edə biləcklərini təklif etdim. Sinqapur Silahlı Qüvvələri əvvəllər bu ölkədə əməliyyatlarda iştirak edirdi, xüsusən də milli ordunun şəxsi heyətinin hazırlanması ilə məşğul olurdular”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Əfqanıstan   Sinqapur  





Xəbər lenti