Azərbaycanda bir gündə 32 nəfər koronavirusdan vəfat edib

   Azərbaycanda bir gündə 32 nəfər koronavirusdan vəfat edib
  23 Avqust 2021    Oxunub:1083
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib. 42 301 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, bu günə qədər isə ümumilikdə 4 329 920 test icra olunub.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti