Azərbaycan stendi sərgidə mükafata layiq görüldü

Azərbaycan stendi sərgidə mükafata layiq görüldü
  10 Sentyabr 2021    Oxunub:775
Azərbaycan stendi Moskvada keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda beynəlxalq mükafata layiq görülüb.
Dövlət Turizm Agentliyindən Azvision.az -a bildirilib ki, turizm potensialını sərgiləyən digər iştirakçı ölkələrdən fərqliliyi ilə seçilmiş Azərbaycan stendinə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub.

27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edib. Forum çərçivəsində ölkəmizə həsr olunmuş “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda xüsusi sessiya keçirilib. 2 mindən çox iştirakçının qatıldığı tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spiker çıxış edib.

Qeyd edək ki, sərgidə Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tayland, Tanzaniya, Braziliya, Kuba kimi 18 xarici ölkədən 350-dən çox şirkət iştirak edib.

Hər il keçirilən sərgi turizm təşkilatları və agentliklərinin, turizm üzrə ixtisaslaşmış dövlət və ictimai qurumların nümayəndələrini bir araya toplayır.

Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti