Zakir Həsənov Rüstəm Muradovla görüşüb

   Zakir Həsənov Rüstəm Muradovla görüşüb
  10 Sentyabr 2021    Oxunub:1324
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Azvision.az - a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Azvision.az



Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti