Saakaşvili Gürcüstan sərhədini keçməyib - DİN

   Saakaşvili Gürcüstan sərhədini keçməyib -    DİN
  01 Oktyabr 2021    Oxunub:1007
"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə sərhədini rəsmi olaraq keçməyib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu gün səhər saatlarında Saakaşvili “Facebook” vasitəsi ilə hər kəsi salamlayaraq, artıq Gürcüstanda olduğunu bildirib. Onun “Vahid Milli Hərəkat” partiyasındakı tərəfdarları da keçmiş prezidentin vətənə döndüyünü təsdiqləyiblər.

Xatırladaq ki, bir həftə əvvəl eks-prezident seçki günü, oktyabrın 2-də mütləq Tbilisiyə uçacağını açıqlayıb, hətta Kiyev-Tbilisi reysinə gediş biletinin fotosunu da sosial şəbəkədə yaymışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   DİN   Mixail-Saakaşvili  





Xəbər lenti