Gürcüstan Saakaşvilini Ukraynaya vermək niyyətində deyil

   Gürcüstan Saakaşvilini Ukraynaya vermək niyyətində deyil
  04 Oktyabr 2021    Oxunub:1037
Gürcüstan eks-prezident Mixail Saakaşvilini Ukrayna tərəfinə vermək istəmir.
Azvision.az xəbər verir ki, bunu baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Çulukiani bildirib. Onun sözlərinə görə, siyasətçi həbs müddətini Gürcüstanda keçirəcək.

“Gürcüstandan Ukraynaya ekstradisiya yalnız o zaman baş verir ki, digər tərəfdən ekstradisiyası tələb olunan şəxs orada cinayət məsuliyyətinə cəlb olunsun. Saakaşvilinin Ukraynada mühakimə olunduğunu heç düşünmürəm. Ona görə də ekstradisiya ilə bağlı söhbətlər cəfəngiyatdır”.

Azvision.az


Teqlər: Gürcüstan   Saakaşvili  





Xəbər lenti