İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəliyi bağlandı

   İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəliyi bağlandı
  05 Oktyabr 2021    Oxunub:2472
İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi qapadılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az -a bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
- Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Təkcə həmin adıçəkilən yerlər deyil, koronavirusunun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb.

Azvision.az


Teqlər: Məscid   İran  





Xəbər lenti