Ukraynalı deputatın ölüm səbəbi açıqlanıb - YENİLƏNİB

Ukraynalı deputatın ölüm səbəbi açıqlanıb -  YENİLƏNİB
  08 Oktyabr 2021    Oxunub:1066
Ukrayna parlamentinin deputatı Anton Polyakovun ölüm səbəbi açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Polyakovun ölümü koronar çatışmazlıq və işemik ürək xəstəliyi nəticəsində baş verib.

Xatırladaq ki, hadisə ilə bağlı cinayət işi açılıb.

***
Ukrayna parlamentinin deputatı, “Gələcək uğrunda” fraksiyasının üzvü Anton Polyakovun meyiti Kiyevin Dnepropetrovsk rayonunda aşkar edilib.

Azvision.az
bu barədə “TASS"a istinadən xəbər verir.

Kiyev polisi 34 yaşlı deputatın ölümünü təsdiqləyib. Hadisə ilə bağlı cinayət işi açılıb. Deputatın cəsədi məhkəmə tibbi ekspertizasına göndəriləcək.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ukrayna   Deputat  





Xəbər lenti