Şəhid Sübhan Cəbrayılov haqqında filmin təqdimatı keçirilib

      Şəhid Sübhan Cəbrayılov    haqqında filmin təqdimatı keçirilib
  30 Oktyabr 2021    Oxunub :504
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun döyüş və həyat yoluna həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, 40 dəqiqəlik filmin təqdimatı Nizami Kino Mərkəzində olub.

Filmdə Sübhanın dostları, döyüş yoldaşları, yaxınlarının onunla bağlı xatirələri, döyüş yoldaşlarının müharibə zamanı qeydə aldığı görüntülər əksini tapıb.

Qeyd edək ki, Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.

2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. O, 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.

"Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

O, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

AzVision.az

Teqlər: Şəhid   Film  







Xəbər lenti