Azad olunan ərazilərdə daha 492 mina aşkarlanıb

   Azad olunan ərazilərdə daha 492 mina aşkarlanıb
  01 Noyabr 2021    Oxunub:1029
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan tədbirlər zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti