Ceyhun Bayramov koronavirusa yoluxan iranlı həmkarı ilə danışdı

   Ceyhun Bayramov koronavirusa yoluxan iranlı həmkarı ilə danışdı
  06 Noyabr 2021    Oxunub:864
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
AzVision.az -ın məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.

AzVision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti