Ermənistan zəmanətçi olmağa söz verir?
“Eyni zamanda, Ermənistan ərazisindən keçən yollar vasitəsilə Azərbaycanın Naxçıvanla və müvafiq qaydada Türkiyə ilə əlaqə yaratmasına razı olmaqla, bizim ölkə də Azərbaycan əraizsindəki yollardan istifadə etməklə Rusiya və İranla əlaqə yaratmaq imkanı qazanmalıdır”, - Nikol Paşinyan deyib.
Ermənistanın baş naziri işçi qrupun artıq mümkün ola biləcək marşrutları işləyib hazırladığını, o cümlədən söhbətin İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Yerasx və Horadiz-Meğri-Ordubad-Yerasx sahələrindən getdiyini söyləyib.
-Bizim fikrimizcə, Yerasx-Ordubad-Meğri-Horadiz marşrutu üzrə həm dəmir yolunu, həm də avtomobil tarssının onun ərazisindən keçən hissəsini hər tərəf özü inşa etməlidir. Yolların sərhəd sahələrində gömrük, pasport və fitosanitar nəzarət məntəqələrinin olması da qeyd edilib. Gələcək mərhələdə işçi qrupun təklifləri müzakirə olunacaq. Bir sözlə, iş prosesi gedir. Bu prosesdə hər şey hamar deyil, müəyyən çətinliklər mövcuddur, çoxlu texniki suallar ortaya çıxır...Amma düşünürəm ki, birgə dəf etməli olacağımız əsas problemlər siyasi müstəvidədir, - Ermənistanın baş naziri bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan dəhliz