Azərbaycan XİN rəhbəri: "Ermənistanın mina xəritələrini təqdim etməsi vacibdir"
Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib.
İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslamalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
AzVision.az