Baydenin müşaviri Ərdoğanın sözçüsü ilə Cənubi Qafqazı müzakirə edib

  Baydenin müşaviri Ərdoğanın sözçüsü ilə Cənubi Qafqazı müzakirə edib
  20 Noyabr 2021    Oxunub:619
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla beynəlxalq problemləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin saytı məlumat yayıb.

“Onlar bir sıra regional məsələlər, o cümlədən Ukrayna, Əfqanıstan, Suriya və Cənubi Qafqazdakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb, həmçinin Şərqi Aralıq dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər”, - Ağ Evin bəyanatında deyilir.

Söhbətin başqa təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın sonunda "G20" sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri Co Bayden və Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutub. Danışıqlar zamanı tərəflər Suriyadakı siyasi prosesləri, əfqanlara humanitar yardımın çatdırılması, Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik səyləri müzakirə ediblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Cənubi-Qafqaz  





Xəbər lenti